Beynəlxalq Muğam Mərkəzi yeni layihəni təqdim edib -
Beynəlxalq Muğam Mərkəzi yeni layihəni təqdim edib

Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" birgə layihəsi çərçivəsində “Fransa və Azərbaycan musiqisi axşamı” adlı konsert proqramı təqdim edilib.
Muğam Mərkəzindən bildirilib ki, əvvəlcə bəstəkar Aysel Hacıyeva çıxış edərək universitet tələbələrinin klassik musiqi sahəsindəki uğurlarından danışıb.
Musiqi axşamında XX əsr fransız musiqi mədəniyyətinin, musiqi impressionizminin önəmli simalarından olan C.Debussinin, L.Delibin, J.Massnenin, K.Sen-Sansın, eyni zamanda, Azərbaycan bəstəkarlarından Q.Qarayevin və C.Hacıyevin əsərləri səslənib.
Əsərləri beynəlxalq müsabiqələr laureatı olan tələbələr Leyla Fərəcova, Aysun Qəmbərova, Nigar Hüseynzadə, Rəşad Kazımov, Sevda Axundova, Leyla Əliyeva, Səbinə Mehdiyeva, habelə Səbuhi Həsənov, Günel İbrahimli, Esmira Heydərova, Zaur Məmmədov, Zəkiyyə Qasımzadə, Sahib Məmmədov, Pərvin Paşazadə piano, klassik gitara, fleyta, violin və başqa musiqi alətlərində ifa ediblər. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə