Mərkəzi Elmi Kitabxana fondlarını zənginləşdirir

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) “Fransisk Skorinanın dünya irsi” adlı unikal kitab daxil olub.
MEK-dən  bildiriblər ki, nəşrdə ilk dəfə Fransisk Skorinanın 25 kitabı bütünlüklə təqdim edilib. Müasir nəşr bu gün Belarus, Rusiya, Ukrayna, Almaniya, Danimarka, Polşa, Litva, Böyük Britaniya, Sloveniya, Çexiya və ABŞ-ın kitab və muzey kolleksiyalarında saxlanılan, milli xəzinə olan Fransisk Skorina irsinin tam əhatə edildiyini göstərir.
Belarusun tanınmış mədəniyyət xadimi, Renessans dövrünün nümayəndələrindən biri Fransisk Skorina 1517-ci ildə Şərqi Avropada ilk dəfə kitab çap edən naşir olub. O, kitab vasitəsilə bütün bəşəri dəyərləri vahid bir topluda ictimaiyyətə çatdırıb. Onun fəaliyyəti sayəsində çap olunan ilk kitablar Belarusun milli xəzinəsi hesab edildiyi üçün naşir ölkənin simvoluna çevrilib. Bu gün o ən məşhur maarifçi və mədəniyyət xadimi kimi yad olunur. F.Skorinanın dünya irsinə verdiyi töhfələr, Belarusda kitab nəşrinin 500 illik yubileyi UNESCO-nun da tədbirlər siyahısına daxil edilib.

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə