“WhatsApp” messencerində pulköçürmə sistemi istifadəyə veriləcək

“WhatsApp” şirkəti eyniadlı messencerdə pulköçürmə sisteminin tətbiq edir.
“hi-tech.mail.ru” saytı xəbər verir ki, “WhatsApp” artıq Hindistanda ödəniş sistemini sınaqdan keçirir. Ekran görüntülərində bu sistemi dəstəkləyən banklardan ibarət böyük siyahını görmək olar. Funksiyadan istifadə etmək üçün SMS kod vasitəsilə telefon nömrəsini təsdiqləmək və hesab açılmış bankı seçmək lazımdır.
Pulköçürmə sistemi “Unified Payments Interface” (UPI) interfeysinə əsaslanır. İstifadəçilər bir-birinə pulu birbaşa messencerdə komissiyasız göndərə biləcəklər. İlkin mərhələdə messencer yalnız istifadəçilər arasında ödənişləri dəstəkləyəcək. Gələcəkdə şirkət messencerə Çinin “WeChat” messencerində olduğu kimi müxtəlif xidmətlərin ödənişini əlavə edə bilər (məsələn taksi, yaxud yemək sifariş etmək və ödəmək). 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə