“Gənc Beyin” layihəsi Bakı və region gənclərini bir araya gətirir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Gənc Beyin” layihəsi reallaşdırılır.
Təşkilatdan  bildiriblər ki, Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi, “ASAN Könüllüsü” Həsənxan Həsənxanlının rəhbəri olduğu layihənin əsas məqsədi gənclərdə özünəinam hissinin, liderlik xüsusiyyətlərinin formalaşdırılması, nitq qabiliyyətlərinin inkişafı və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə töhfə verməkdir. Gənclər arasında psixoloji gərginliyi nəzərə alaraq layihə çərçivəsində gənclərimizin psixi sağlamlığının qorunması və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə yönəlmiş psixoloji təlimlər də keçiriləcək. Layihə Bakı və regionlarda yaşayan gəncləri əhatə edəcək, bir çox fərqli mövzularda təlim və seminarlar təşkil olunacaq.
Artıq Bakı və Gəncə şəhərlərində, həmçinin Masallı rayonunda iştirakçılarla görüşlər keçirilib. İlk təlim Bakı şəhərində reallaşıb. Təlimçi Atəş Musazadə tərəfindən “Bədən dili və ondan istifadə”, “Ünsiyyətdə empatiya hissi”, “Manipulyasiya və ondan müdafiə”, “Stress və gərginliyin aradan qaldırılması üçün gündəlik metodlar”, “İctimai aqressiya” mövzuları üzrə təlimlər təşkil olunub. Mövzu ətrafında interaktiv müzakirələr aparılıb.
Sonda layihə iştirakçıları sertifikatlarla təltif ediliblər. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə