Sumqayıtın Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin ilk çıxışı olub

Sumqayıtdakı Kimyaçı Mədəniyyət Sarayında şəhərdə fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət yeni yaradılmış Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin ilk çıxışı olub. Orkestrin bədii rəhbəri və dirijoru Əməkdar Mədəniyyət İşçisi Vaqif Süleymanov, Xor kollektivinin bədii rəhbəri Əməkdar Mədəniyyət İşçisi Lətafət Müfidzadə və dirijoru Əməkdar Müəllim Firəngiz Xəlilovadır.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, yeni kollektivlərin təqdim etdiyi konsert proqramına ölkənin tanınmış sənətkarları Xalq Artisti Alim Qasımov, Əməkdar artistlər Fərqanə Qasımova, Təyyar Bayramov və Ehtiram Hüseynov da qatılıblar.
Konsert orkestrin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlayıb. Proqramda Səid Rüstəmovun “Sumqayıt” və “Oxu gözəl”, Vasif Adıgözəlovun “Xoşum gəlir”, Əlibaba Məmmədovun “Mənim Azərbaycanım”, Bəhram Nəsibovun “Qarabağ”, Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Şəfiqə Axundovanın “Mehriban olaq”, Emin Sabitoğlunun “Azərbaycan” mahnıları, həmçinin xalq mahnıları səslənib. Orkestrin, xor və solistlərin ifasında səslənən musiqi nömrələri və Əməkdar Artist Rauf Ağakişiyevin ifasında Məmməd Arazın “Azərbaycan” şairi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konserti Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili, Mirzəcan Xəlilov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev və şəhər ictimaiyyətinin nümayəndələri dinləyiblər. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə