Gürcüstanda Azərbaycan ədəbiyyatına böyük maraq var

Gürcüstan paytaxtı Tbilisidə "Müasir Azərbaycan nəsr antologiyası" kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, kitabın tərcüməçisi İmir Məmmədli, “Ön söz”ün müəllifi, Gürcüstanın Baş nazirinin mədəniyyət məsələləri üzrə müşaviri Quram Odişariyadır.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov tədbir iştirakçılarını salamlayıb, hər iki ölkənin ədəbiyyat xadimlərinə, tərcüməçilərə təşəkkür edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Sonra Gürcüstan Yazıçılar Birliyinin (GYB) sədri Boqatır Arabuli tədbirdə çıxış edərək deyib: “Bu gün əlamətdar gündür. Azərbaycan ədiblərinin əsərlərindən ibarət gürcü dilinə tərcümə olunmuş kitabın təqdim olunması bizim üçün çox vacibdir. Azərbaycan və gürcü yazarların əsərlərinin hər iki dilə tərcümə olunması çox yaxşı haldır və əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edir. Gürcüstanda Azərbaycan ədiblərinin gürcü dilinə tərcümə olunmuş əsərlərinə böyük ehtiyac var. Ona görə də, bugünkü tədbir, çox mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, Azərbaycan və Gürcüstan yazıçılarının əsərlərinin hər iki dilə tərcümə olunması və yayılması mədəni əlaqələrimizin inkişafında mühüm rol oynayacaq”.
B.Arabuli antologiyanın tərcümə olunaraq gürcü oxucularına təqdim olunmasına, eləcə də gürcü yazarların əsərlərinin Azərbaycan dilinə tərcüməsinin təşkilinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsudu xüsusi fəxri fərmanla təltif edib.
Fəxri fərman mərasimdə A.Məsuda təqdim olunub.
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud deyib ki, sovetlər dövründə Azərbaycan ədəbiyyatı rus dilində müəyyən məqsədlərlə, müəyyən olunmuş qaydada təbliğ olunurdu. Lakin indi ədəbiyyatımızın təbliği Azərbaycan dövlətinin siyasətinin prioritetlərindən biridir. Bu məqsədlə də Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Tərcümə Mərkəzi yaradılıb. Mərkəzin layihəsi əsasında artiq Azərbaycan yazıçılarının əsərlərinin antologiyaları hazırlanıb. Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrdə bu kitabların təqdimatı keçirilib. Gürcüstanda keçirilən bu tədbir xüsusilə fərqlidir. Gürcü yazarların da əsərləri Azərbaycan filinə tərcümə olunub və yaxın günlərdə Bakıda həmin kitabların təqdimatı keçiriləcək.
A.Məsud deyib: “Azərbaycan və gürcü xalqları arasında əlaqələrin dərin, tarixi kökləri var. Bu gün şair və yazıçılarımızın kitablarının tərcümə olunaraq oxuculara təqdim olunması mədəni əlaqələrimizin inkişafında mühüm rol oynayır. Tərcümə Mərkəzinin layihəsi əsasında tərcümə olunmuş bu kitabda müasir Azərbaycan ədiblərinin 30-a yaxın əsəri yer alıb".
Onun sözlərinə görə, yaxın vaxtlarda Bakıda GUAM ölkələrinin, eləcə də Türkiyə, Bolqarıstan, Macarıstan və digər ölkələrin ədəbiyyat xadimlərinin iştirakı ilə beynəlxalq forum keçiriləcək.
“Düşünürük ki, bu forum bizim münasibətlərimizdə yeni səhifə açacaq və dostluq əlaqələrimizin inkişafında mühüm rol oynayacaq”,- deyə, A.Məsud vurğulayıb.
Kitabın “Ön söz”ünün müəllifi, Gürcüstan Baş nazirinin mədəniyyət məsələləri üzrə müşaviri Quram Odişariya çıxışında antologiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür kitabların yazılmasına, tərcüməsinə böyük ehtiyac var. O, kitabın hazırlanmasında və ərsəyə gəlməsində göstərdiyi köməkliyə görə Tərcümə Mərkəzinə minnətdarlıq edib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərindən danışıb, mədəni əlaqələrimizin inkişafında bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
Digər çıxış edənlər ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrindən, Gürcüstanda yaşayıb yaratmış azərbaycanlı ədiblərin, mütəfəkkirlərin əsərlərinin əhəmiyyətini söz açıblar.
Mərasimdə bildirilib ki, antologiya Gürcüstanın mərkəzi kitabxanalarına və məktəblərə paylanacaq. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə