Mənim düşüncəm-2017 adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək -
“Mənim düşüncəm-2017” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

İyunun 6-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim düşüncəm-2017” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək.
Mərkəzdən  bildirilib ki, məqsəd uşaqlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibətin mükəmməlləşməsinə xidmət etməkdir. Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə elan olunan respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisində Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Şabran Şəhər Tofiq Abbasov adına 1 nömrəli məktəb, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbi, Masallı rayon 11 illik İncəsənət Məktəbinin rəssamlıq şöbəsi, “Xətai” Uşaq Rəsm Yaradıcılıq Studiyası, Zığ qəsəbəsi Mədəniyyət evi rəssamlıq kursu, Xırdalan qəsəbəsi “Uğur” tədris mərkəzi, Sumqayıt şəhər Bülbül adına və Səid Rüstəmov adına uşaq yaradıcılıq studiyasının təmsilçiləri xüsusi fəallıq göstəriblər.
Ümumilikdə Bakı və Bakıətrafı kəndlərinin müxtəlif məktəblərindən 500-dən çox uşaq 1400-yə yaxın əl işi təqdim edib. Sərgidə 190 uşağın 200 əsəri nümayiş olunacaq. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə