Uşaq Filarmoniyasının gənc rəssamları Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun keçirtdiyi müsabiqədə iştirak edib -
Uşaq Filarmoniyasının gənc rəssamları Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun keçirtdiyi müsabiqədə iştirak edib

Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun təşkilatçılığı ilə “Vətənin pərvəri ol” adlı müsabiqə keçirilib. Sayca ikinci olan bu müsabiqəyə Azərbaycanın bir sıra bölgələrindən, eləcə də paytaxtımızdan gənc istedadların 162 rəsm əsəri, 57 şer göndərilmişdir. Gələcəkdə bu sərginin beynəlxalq səviyyəyə çıxarılması da nəzərdə tutulur. Hazırda Bilik Fondu 21 layihə üzərində iş aparır. Onlar arasında maraqlı layihələrdən biri də məhz “Vətənpərvərlik” layihəsidir. Bu gün isə həmin sərginin açılış mərasimi keçirildi.
İlk olaraq çıxış üçün söz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarova verildi. O, çıxışında gənc rəssamları təbrik edərək onlara bundan da böyük uğurlar arzuladı. Daha sonra Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov da öz növbəsində müsabiqə iştirakçılarını təbrik etdi. O, qeyd etdi ki, “Ümumiyyətlə istedadlı gənclərin axtarılması, onların aşkar olunması, cəmiyyətə təqdim olunması Bilik Fondunun əsas missiyalarından biridir. Bu istiqamətdə də məhz bu layihə həyata keçirilir”. Oqtay Səmədov onu da vurğuladı ki, layihənin yenidən başlaması nəzərdə tutulur və gənclərimiz artıq öz əl işlərini, şerlərini bilik fonduna göndərə bilərlər. Növbəti çıxışda gənc istedadları təbrik edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yaradıcılıq sektorunun müdiri Həsənova Alla oldu. O da öz növbəsində müsabiqə iştirakçılarını təbrik edərək onlara ruh yüksəkliyi arzuladı. Sərgidə eyni zamanda münsiflər heyyətinin üzvləri gənc yazıçı Mirmehdi Ağaoğlu və rəsm nominasiyası üzrə münsif Gilan Əzizxanlı da gənc istedadları təbrik edərək onların bu işlərini yüksək qiymətləndirdi.
Müsabiqədə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəsm dərnəyindən 15 tələbə iştirak etmişdir. Qeyd edək ki, müsabiqə 5-15 və 15-25 yaşlı gənclər arasında keçirilib. 5-15 yaşlı tələbələr arasında rəsm nominasiyası üzrə Azərbaycn Dövlət Uşaq Filarmoniyasının tələbələri Məmmədova Tuana (9 yaş) I yer, Səttarzadə Aydan (8 yaş) III yerə layiq görülmüşdür. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının bir neçə tələbələri isə həvəslədirici mükafata layiq görülmüşdür.
Sonda isə tədbir iştirakçıları gənc rəssamların əl işlərinə baxmağa dəvət olundu. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə