Ümumrespublika rəsm və musiqi müsabiqəsinin qalibləri mükafatlandırılıb -
Ümumrespublika rəsm və musiqi müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçmişdir. Müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan Respublikasının əldə etdiyi bu nailiyyətlərin təbliğini, gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasını və dünya azərbaycanlılarının öz tarixi vətənlərinə bağlılığının gücləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 2016-ci il 11 oktyabr tarixli 2378 nömrəli Sərəncam imzalanmışdır. Sözügedən sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı il 07 noyabr tarixli 360 nömrəli əmrinə müvafiq olaraq cari ilin noyabr-dekabr aylarında uşaq, yeniyetmə və gənclər arasında Rəsm və əl işlərindən ibarət "Müstəqil Azərbaycanım" adlı Respublika müsabiqə-sərgisi və Respublika musiqi müsabiqəsi keçirildi.
Müsabiqələrin keçirilməsində məqsəd gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət rəmzinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onlara dövlət qayğısının artırılması, uşaq, yeniyetmə və gənclər arasında təsviri, tətbiqi-dekorativ və musiqi sənətinin inkişaf etdirilməsidir.
Rəsm müsabiqəsinə 2 yaş qrupu (I qrup: 7-12 yaş, II qrup: 13-17 yaş) üzrə respublikada fəaliyyət göstərən uşaq incəsənət və rəssamlıq məktəblərindən 260-dan çox şagirdin 400-ə yaxın rəsm və əl işləri təqdim edilmişdir. Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynovun sədrliyi ilə tanınmış rəssamlardan ibarət (Xalq rəssamı, professor Arif Hüseynov, Əməkdar mədəniyyət işçisi Dilarə Atakişiyeva) münsiflər heyətinin qərarı ilə 32 nəfərə müsabiqənin laureatı adı, müxtəlif dərəcəli diplomlar və fəxri fərmanlar verilmişdir.
Musiqi müsabiqəsində uşaq musiqi, incəsənət, aşıq məktəb və mərkəzlərində fortepiano, xalq çalğı, simli, nəfəs alətləri və xanəndəlik ixtisasarlı üzrə təhsil alan 500-dən çox şagird iştirak etmişdir. Xalq artisti, professor Ramiz Quliyevin sədrliyi altında münsiflər heyəti (Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədova, Əməkdar müəllim İlhamə Ağayeva, Əməkdar artist Fikrət Məmmədov, Əməkdar müəllim İkram Manafov) müsabiqədə fərqlənən şagirdləri müxtəlif dərəcəli diplomlara və fəxri fərmanlara layiq görmüşlər. Eyni zamanda onların müəllim və konsertmeysterləri də fəxri fərmanlarla təltif olunmuşlar.
Qeyd olunan müsabiqələrin yekun sərgi və konserti 17 dekabr 2016-cı il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevaya iştirak etmişdir.
Əvvəlcə tamaşaçılar "Müstəqil Azərbaycanım" adlı rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar. Sonra Respublika musiqi müsabiqəsinin qalibləri rəngarəng konsert proqramı ilə çıxış etmişlər. Konsertdən əvvəl Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, müsabiqələrin münsiflər heyətinin sədrləri çıxış etmişlər. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə