Qarabağ həqiqətləri uşaqların gözü ilə filminin təqdimatı olub -
“Qarabağ həqiqətləri uşaqların gözü ilə” filminin təqdimatı olub

Noyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) “Ritorika” Yeniyetmə və Gənclər Mərkəzi ilə Real Line TV-nin əməkdaşlığı çərçivəsində lentə alınmış “Qarabağ həqiqətləri uşaqların gözü ilə” filminin təqdimatı keçirilib.
ADU-dan  bildirilib ki, universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində tədbirlərin mütəmadi keçirildiyini diqqətə çatdırıb.
Azərbaycanın daim inkişaf etdiyini və regionda ən qüdrətli dövlətə çevrildiyini vurğulayan professor gənclərimizin aprel döyüşlərində göstərdikləri qəhrəmanlıqlardan söz açıb.
Xocalı həqiqətlərindən bəhs edən Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, tələbələr Azərbaycanın zəngin tarixini dərindən öyrənməlidirlər.
Tədbirdə digər çıxış edənlər film haqqında fikirlərini bölüşüblər. Qeyd olunub ki, filmin əsas məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, gənclərə vətənpərvərlik ruhunu aşılamaqdır.
Sonra “Qarabağ həqiqətləri uşaqların gözü ilə” filmi nümayiş olunub.
Filmin ərsəyə gəlməsində əməyi olanlara diplomlar təqdim edilib. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə