“Turizm həftəsi”ndə ekskursiyalar davam edir

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr – Beynəlxalq Turizm günü münasibətilə “Turizm həftəsi” elan edib.
Bununla əlaqədar sentyabrın 28-də Nizami rayonu 1 nömrəli Uşaq evinin sakinləri Milli Azərbaycan Tarixi Muzeyində ən qədim dövrdən bu günə kimi Azərbaycan tarixini əks etdirən ekspozisiya zalları ilə tanış olublar.
Baş İdarədən bildirilib ki, “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə ekskursiyalar keçirilir.
Bildirilib ki, bu həftənin sonuna qədər uşaqlar Bakı şəhərinin müxtəlif muzeylərində ekskursiyalarda olacaqlar. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə