Hər kitab yeni bir dünyadır -
“Hər kitab yeni bir dünyadır”

Göygöl şəhər Mərkəzi kitabxanasının uşaq şöbəsi azyaşlı oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də daha yeni oxucuları kitabxanaya cəlb etmək məqsədilə kitabsevərlər üçün “Açıq kitabxana günü” təşkil edib.
Bu məqsədlə kitabxananın qarşısında “Ən çox oxunan ədəbiyyat”, “Yeni kitablar” və “Hər kitab yeni bir dünyadır” başlığı altında kitablar sərgilənib.
Sərgidə kitabxananın daimi üzvləri ilə bərabər yeni üzvləri də iştirak ediblər.
Qeyd edək ki, balaca oxucular daha çox illüstrativ materiallarla zəngin olan yeni nəşrlərə üstünlük verirlər. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə