YARAT “Uçmağı bizimlə öyrən” uşaq festivalı keçirəcək

YARAT Müasir İncəsənət Mərkəzi Sizi sentyabrın 10-da “Uçmağı bizimlə öyrən” uşaq festivalına dəvət edir.
Mərkəzdən Trend-ə verilən məlumata görə, “Uçmağı bizimlə öyrən” festivalı uşaqlara xəyal etmək və yaratmağı öyrətməklə onların gələcəyini daha parlaq olmasına çalışır. Uşaqları macəra və həyəcan dolu bir gün gözləyir!
Siz meyvə və tərəvəzlərdən ləzzətli və sağlam yeməklər və içkilər hazırlamağı təcrübədən keçirəcəksiniz.
Hər bir uşağa şarlar, musiqi və cizgi filmləri ilə bayram əhval-ruhiyyəsi yaşadacağımıza ümid edirik.
Musiqi ritmini müxtəlif vasitələrlə hiss edəcək və Disko partimizin ahəngi ilə rəqs edəcəksiniz.
Festivala giriş sərbəstdir.
Qeyd : Yemək və içkilərin qiyməti - 1 AZN.
Günün proqramı:
10:00 - 12:00 Açıq havada uşaqlar üçün yoqa dərsi (Yaşıl kafenin qarşısında yaşıllıq)
10:00 - 16:00 Açıq havada rəsm dərsi (Yaşıl kafenin terrası )
10:00 -17: 00 Küləklə rəqs (YARAT mərkəzinin ətrafı)
13:00-14:00 Çərpələnglərin uçurdulması (YARAT Mərkəzinin qarşısında)
10:00 – 19:30 Uşaq əsərlərinin sərgisi (Yaşıl kafenin terrası )
10:00 - 17:00 Qida incəsənəti (Yaşıl kafe )
11:00 - 16:30 Animasiya filmlərinin nümayişi (YARAT Mərkəzi, 2-ci mərtəbə)
11:30 – 17:00 «Öz cizgi film qəhrəmanını çək» (YARAT Mərkəzi, 2-ci mərtəbə)
10:00 – 18:00 Üz rənglənməsi (Yaşıl kafenin qarşısında çəmənlik)
12:00 -18:00 Oriqami üzrə ustad dərsi (YARAT kitabxanası )
10:00–18:00 “İstifadə olunmuş əşyalardan art obyektlər yarat” (YARAT mərkəzinin 1-ci mərtəbəsi, sərgi salonu)
10:00–18:00 Foto sessiya
10:00 - 18:00 Aktyorluq dərsi (Yaşıl kafenin qarşısında çəmənlik)
12:00 – 17:00 Smuzi hazırlamaq üzrə ustad dərsi ( Yaşıl kafe )
17:00 – 18:00 Uşaq orkestrinin çıxışı (Yaşıl kafenin terrası )
18:00–19:30 DİSCO parti (YARAT Mərkəzi, 2-ci mərtəbə)
19:30 Helium şarlarının uçurdulması (Yaşıl kafenin qarşısında çəmənlik) 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə