Azərbaycanlı gənc rəssamlar Bolqarıstanda keçirilən müsabiqədə mükafatlandırılıblar

2012-ci ildə Bolqarıstanda təsis olunmuş “Little Zograff” Fondu tətbiqi və təsviri incəsənətlə bağlı kurslar, forumlar, konfranslar təşkil edir, uşaqlar üçün beynəlxalq səviyyədə müsabiqələr keçirir. Fondun məqsədi təsviri və tətbiqi incəsənət vasitəsilə uşaqların mənəvi, intellektual və peşəkar inkişafına yardım göstərməkdir. Bu məqsədlə Fond dövlət və QHT-lər ilə fəal əməkdaşlıq edir. Fond tərəfindən 2015-ci ildə Bolqarıstanın Bansko şəhərində təşkil olunmuş beynəlxalq müsabiqədə 50-dən çox ölkədən 7000 rəsm təmsil olunub. Müsabiqədə Azərbaycan, Hindistan, Çin, Yaponiya, Tailand, Mərakeş, İtaliya, İspaniya, Türkiyə, Polşa, Rusiya və digər ölkələrdən 4-18 yaş arası uşaqlar iştirak ediblər. Emiliya Həbibulia (8 yaş) və Nuray Fərəcova (5 yaş) müsabiqədə ölkəmizi layiqincə təmsil edərək müvafiq olaraq qızıl medal və fəxri mükafata layiq görülüblər.
Bununla yanaşı, Nova Zaqora Assosiasiyası və “Dugo Art Studio” tərəfindən hər il Bolqarıstanın Nova Zaqora şəhərində Beynəlxalq Gənclər İncəsənət Sərgisi təşkil olunur. Sərgidə müxtəlif ölkələrdən 4-20 yaş arası gənc rəssamların əl işləri nümayiş etdirilir. Sərgiyə təqdim olunan işlər məşhur rəssamlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir və ən yaxşı əsərlər mükafata layiq görülür. Sərgi iştirakçılarının adlarının və təmsil etdikləri məktəblərin əks olunduğu kataloq dərc edilir.
Cari il Nova Zaqora şəhərində nümayiş olunan sərgidə “Artline Azərbaycan Group Masterkids” klubunu təmsil edən gənc rəssamlar Nəzifə Bayramova və Rəna Nəsirova və YARAT Müasir İncəsənət Məkanını təmsil edən Süleyman Abdullayev və Əlixan Muradov diplomlarla təltif olunublar. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə