"Qoğal" tamaşası nümayiş olunacaq -
"Qoğal" tamaşası nümayiş olunacaq

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən və bir çox tamaşaları ilə böyük uğurlar əldə edən "Musiqili Uşaq Teatrı" 31 may və 1 iyun tarixlərində Gənc Tamaşaçılar Teatrında rus xalq nağılı motivləri əsasında Elşad Rəhimzadənin səhnələşdirdiyi “Qoğal ” adlı nağıl tamaşasını təqdim edəcək. Tamaşanın səhnə tərtibatı Dilarə Əliyevaya, musiqisi Cahangir Zülfüqarova, mahnılarının sözləri isə Fikrət Musayevə məxsusdur.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Musiqili Uşaq Teatrı” Uşaq Filarmoniyasının Direktoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Dilarə xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Artıq 2 ildir ki, fəaliyyət göstərən Uşaq Musiqili Teatrının rəhbəri Elşad Rəhimzadədir. Bu iki il ərzində artıq 3 tamaşa (“Bremen musiqiçiləri”, “Cırtdanın nağılı”, “Şəngülüm, Şüngülüm, Məngülüm” ) səhnələşdirilib. Musiqili teatrın fəaliyyəti uşaqların dünya görüşünün və səhnə mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.
Biletləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasından və Gənc Tamaşaçılar Teatrının kassasından əldə etmək mümkündür. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə