Azərbaycan Multikulturalizmi

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin tolerantlıq ənənələrinin mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq, 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etmişdir.
“2014-cü il fevralın 28-də Azərbaycanda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edildi, 2014-cü il 15 may tarixində isə Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı”.
Bu gün Azərbaycan Multikulturalizmi siyasətindən irəli gələrək Azərbaycan Multikulturalizm fənni adda yeni fənn dünyada və ölkəmizdə tədris edilir.
Azərbaycan Multikuturalizminin özəlliyi ondadır ki, Multikulturalizmin bir sıra dünya dövlətlərində iflasa uğradığı bir şəraitdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti bəyan etmişdir. Azərbaycanda bu siyasət uğurla həyata keçirilməkdədir və bu sahədə ölkənin əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyələrdə də etiraf olunur. Bundan başqa bir sıra dövlətlər Azərbaycanın multikulturalizm təcrübəsini öyrənib tətbiq etmək istəyir.
“Azərbaycan multikulturalizmi” bir fənn kimi artıq ali məktəblərdə tədris olunur. Hesab edirəm ki, ölkəmizin multikulturalizm siyasətindən irəli gələrək bu Fənnin tədrisi mədəniyyətimizin dünyada da təbliğinə yaxşı töhfədir.
Azərbaycan Multikulturalizmi fənninin məqsəd və vəzifələri ondan ibarətdir ki, Azərbaycan Multikulturalizmi fənninin əsas məqsədi Azərbaycan Respublikasının multikulturalizm siyasətinin mahiyyətini, onun xüsusiyyələrini və bu siyasətin ölkədə uğurla həyata keçirilməsinin səbəblərini ölkəmizdə və dünyada izah etməkdir.
Bu məqsədə nail olmaq üçün “Azərbaycan multikulturalizmi” fənninin qarşısında aşağıdakı vəzifələr durur:
* “Azərbaycan multikulturalizmi” fənninin predmetini və əhəmiyyətini tələbələrə izah etmək;
* Dünya ölkələrində multikulturalizmin əsas modellərini, onların xüsusiyyətlərini tələbələrə təqdim etmək;
* Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində formalaşmış multikulturalizm, tolerantlıq ideyalarını tələbələrə çatdırmaq;
* Azərbaycan multikulturalizminin nəzəri-ideoloji əsaslarını tələbələrə izah etmək;
* Azərbaycanda multikulturalizmin meydana gəlməsinin tarixi şərtlərini, xüsusiyyətlərini tələbələrə təqdim etmək;
* Azərbaycan Respublikasının multikulturalizm dövlət siyasətinin mahiyyətini, onun məqsəd və vəzifələrini, prinsiplərini, normativ-hüquqi bazasını, multikulturalizmin Azərbaycan modelinin xüsusiyyətlərini tələbələrə izah etmək;
* Azərbaycan Respublikasının multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərini, konkret yollarını və bu sahədə əldə edilən nailiyyətləri tələbələrə izah etmək;
* Azərbaycan Respublikasının multikulturalizm dövlət siyasəti ilə onun xarici siyasəti arasında qarşılıqlı əlaqəni tələbələrə izah etmək;
* Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun multikulturalizm sahəsində gördüyü konkret işləri, o cümlədən həyata keçirdiyi beynəlxalq əhəmiyyətli tədbirləri tələbələrə şərh etmək;
* Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin multikulturalizm siyasətinin həyata keçirilməsində rolunu tələbələrə izah etmək;
Böyük inamla demək olar ki, hal-hazırda qeyd etdiyim məsələlər uğurla yerinə yetirilməkdədir.
Azərbaycan Multikulturizmi Fənninin tədrisindən gözlənilən nəticələr isə aşağıdakilardır.
1) Bu kursun tədrisi nəticəsində dinləyicilər Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində yer alan tolerantlıq, multikulturalizm ideyaları ilə tanış olurlar,
2) Azərbaycan mültikulturalizminin nəzəri-ideoloji əsaslarını dərk edirlər;
3) Multikulturalizmin Azərbaycan modelinin mahiyyətini, xüsusiyyətlərini və üstünlüklərini anlayırlar;
4) Azərbaycan Respublikasının multikultural təhlükəsizlik prinsiplərinin müəyyənləşdirilməsi meyarlarını təhlil edirlər;
5) Dünya ölkələrinin multikulturalizm təcrübəsi ilə tanış olurlar;
6) Azərbaycan Respublikasının dünya dövlətlərinin humanitar təmas plasdarmına çevrilməsinin qanunauyğunluqlarını öyrənirlər;
7) Azərbaycan Respublikasında multikulturalizm siyasəti ilə ölkənin sosial-iqtisadi inkişafının və xarici siyasətinin qarşılıqlı münasibətini anlayırlar;
8) Müasir dövrdə Azərbaycanda multikulturalizm sahəsində həyata keçirilən işlərlə tanış olurlar;

Fəxrlə demək olar ki, Azərbaycan ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları ilə zəngin bir ölkədir.
Beləki, Qədim azərbaycanlıların mifik təsəvvürlərində toleranlıq. Ilk orta əsrlərdə Azərbaycanda yayılmış sosial ədalətlə səciyyələnən dini-etik təlimlərdə (Manilik, Məzdəkilik və Xürrəmlik) tolerantlıq və multikulturalizm ideyaları,
Azərbaycanda İslamın yayılması və İslamda tolerantlıq. İslam mədəniyyəti – islam xalqlarının birgə səyi ilə yaradılmış ortaq mədəniyyətin nümunəsi kimi,
“Kitab-i Dədə Qorqud”da etnik və dini tolerantlıq. Orta əsrlər Azərbaycan fəlsəfi fikirində multikultural ideyalar (Əbülhəsən Bəhmənyar, Eynel Güzzat Miyanəçi, Şəhabəddin Sührəverdi, Nəsrəddin Tusi və b.),
Orta əsrlərdə Azərbaycanda tolerantlıq ənənələrinin inkişafında Azərbaycan poetik məktəbinin rolu (Məhsəti Gəncəvi, Xəqani Şirvani, Nizami Gəncəvi, Arif Ərdəbilli, Qazi Bürhannəddin, Nəsimi, Məhəmməd Fizuli və başqaları),
Azərbaycanın sufi mütəfəkkirlərinin görüşlərində tolerantlıq ideyaları (Ömər Həfs Sührəverdi, Mahmud Şəbüstəri, Şəms Təbrizi, Şihabəddin Sührəverdi, Seyid Yəhya Şirvani, Nəimi və başqaları). Novruz Bayramı – ortaq mənəvi dəyəri kimi qədim və orta əsrlərdə bizim multikultural ideya zənginliyimizdən xəbər verir və XIX əsrin sonu - XX I yarısında Azərbaycan maarifçilərinin (Mirzə Kazımbəy, M.F.Axundzadə, H. Zərdabi, Ə. Ağaoğlu, Ə. Hüseynzadə, C.Məmmədquluzadə, M.Ə. Sabir, Məhəmməd Hadi, Ə. Topçubaşov, M.Ə. Rəsulzadə və başqaları) dünyagörüşündə tolerantlıq və multikultiralizm ideyaları isə XX əsrin II yarısı - XXI əsrin əvvəllərində Azərbaycanın ictimai fikrində tolerantlıq və multikulturalizm ideyalarının nəzəri mənbəəşünaslığında böyük rol oynayır.
 

 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə