Azərbaycan Mədəniyyət xadimləri: Qara Qarayev

Qara Əbülfəz oğlu Qarayev 5 fevral 1918-ci ildə anadan olmuşdur. Dahi Azərbaycan bəstəkarı, pedaqoq və ictimai xadim olmuşdur. O, görkəmli professor, əməkdar elm xadimi Əbülfəz Qarayevin oğludur.
Qara Qarayev ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki fəhlə fakultəsində almış, 1933-38-ci illərdə həmin konservatoriyada oxumuşdur; bəstəkarlıq üzrə R. Rudolfdan, Azərbaycan xalq musiqisinin əsasları üzrə Ü.Hacıbəyovdan dərs almışdır.1946-cı ildə P.İ. Çaykovski adına Moskava Koneratoriyasını bitirmişdir (D.D. Şostakoviç bəstəkarlıq sinfini). Həmin ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoraiyasında dərs demişdir (1957-ci ildən professor).Qarayev təhsil illərində “Könül mahnısı” kantatası (1938), I və II sinfoniyanı (1943, 1946),
Böyük Vətən müharibəsinin qəhrəmanlıq mübarizəsini əks etdirən “Vətən” operasını (1945, C. Hacıyevlə birgə) yazmışdır.40-cı illərin II yarısı Qarayev yaradıcılığının yetkinləşmə dövrüdür. Milli musiqi ilə klassik və müasir musiqi uslublarının üzvi birliyi Qarayevin bu dövr yaradıcılığına xasdır. Zərif musiqisi olan simli kvartetində (1947) aşıq və muğam sənəti xusiyyətləri öz əksini tapmışdır.
Melodik dilinin səlisliyi və ifadəliyi ilə səciyələnən “Leyli və Məcnun” simfonik poemasında Nizaminin eyni adlı əsərinin humanist ideyası ustalıqla verilmişdir. “Məz sizi sevirdim” Gürcustan təpələrində romanslarında A.S.Puşkin şerlərinin psixoloji aləmi real təcəssüm olunmuşdur.Q.Qarayevin “yeddi gözəl” baleti (1952, Nizaminin eyni adlı poeması üzrə) azərbaycan musiqisinin yüksək nailliyətidir. Baletdə milli musiqinin məqam-intonasiya sistemi və janr xusisiyyətlərindən biri olmuşdur.Qarayev “Alban rapsodiyası”nda (1952) M. Qlinka və N.Rmiski-Korsikovun simfonik lövhələrinə xoş ənənələri inkişaf etdirmişdir.“İldırımlı yollarla” baleti (1958, P.Abrahamsın eyni adlı roman üzrə) Qarayev yaradıcılığında yeni mərkələdir. O, bu janrda ilk dəfə olaraq müasir dövrdə Cənubi Afrika xalqlarının azadlıq mübarizəsini əks etdirmiş, zəngin obrazlar yaratmışdır.
Qarayevin Cənubi Afrika musiqi folkloruna həssaslıqla yanaşmış, onu müasir musiqinin mürəkkəb ifadə vasitələri ilə işləmişdir.Qarayev müxtəlif mövzulu suitaların müəllifidir. Bunların bir çoxu balet (“Yeddi gözəl”, “İldırımlı yollarla”) və kino filmlərinə (“Xəzər neftçiləri haqqında dastan”, “Vyetnam”, “Dənizi fəth edənlər”, “Don Kixot”) yazılmış musiqi əsasında yaradılmasına baxmayaraq, müstəqil əsər kimi şöhrət tapmışdır.. “Don Kixot” simfonik qravürləri (1960) janr etibarilə orijinaldır.50-ci illərin sonu 70-ci illərin əvvəlində Qarayev polifoniya formalarını geniş tətbiq etmişdir. (fortepiano üçün “24 prelüd” silsiləsinin IV dəftəri, Skripka və fortepiano üçün sonata). Kamera orkestri üçün III simfoniya (1965), Skripka üçün konsertdə (1967) müasir dövrün mürəkkəb təzadları, bəstəkarın əksini tapmışdır. Bu illərdə Qarayev “Zamanın bayraqdarı” (1959, S.Vurğunun sözlərinə) kontatasını, “Klassik süita” (1967, fortepiano prelüdləri əsasında), 26 Bakı komissarının xatirəsinə həsr olunmuş (1968), Leninin anadan olmasını 100 illiyinə həsr olunmuş olunmuş oratoriya-plakat (1970) “Zəriflik” monooperasını (1971, A.Barbüsün novellasının motivləri üzrə), “Dostluq himni” kontatasını (1972), “Coşğun qaskoniyalı” müziklini (1973, E. Rostanın “Siranode Berjerak” pyesinin motivləri üzrə) yazmışdır.
Qarayev bir sıra dram tamaşaları və kinofilmə musiqi bəstələmişdir. “Rəqs müəllimi” (1949, Lope de Veqa), “Nikbin faciə” (1956, Vişenski), “Qəribə adam” (1956, N.Hikmət), “Antoni və Kleopatra” (1965, U.Şekspir) dramları, “Xəzər neftçiləri haqqında dastan” (1953), “Tarixin ibrət dərsi” (1957), “Uzaq sahillərdə” (1958), “Mateo Falkone” (1961), “Qoya” (1971, F.Qarayevlə birgə) filmləri və s. Həmçinin kütləvi mahnı və estrada musiqisi janrlarında da əsərlər bəstələmişdir.Qarayevin yaradıcılığında ideya fəlsəfi məzmun əsas yer tutur. İnsanın gözəllik uğrunda mübarizəsi onun usiqisinin əsas mövzusudur.
O, əsrimizin kəskin ictimai problemlərini sənətkarlıqla açır. Qarayevin musiqisində psixologizm ilə faciəvi pafos, lirika ilə qrotesk janr lövhələri vahid dramaturji konsepsiyaya tabe olmaqla vəhdət təşkil edir.Qarayevin melodiya, ritm, məqam, polifiniya orkest palitrası, musiqi forması sahəsində yeni istifadə vasitələri tapmışdır. Onun novator axtarışları Azərbaycan xalqının musiqi təfəkkürü xüsusiyyətlərinə əsaslanır.
Onun musiqi dili sahəsinə gətirdiyi yeniliklər Azərbaycan musiqisinin inkişafında mühüm rol oynamışdır. Musiqi sənətinin demək olar ki, bütün janrlarına müraciət edən Qarayevin yaradıcılığı Azərbaycan baleti və simfonik musiqisinin inkişafında əhəmiyyətli yer tutur. Onun musiqisi ümumdünya şöhrəti qazanmış, baletləri ölkəmizin və dünya teatrlarının sahəsində tamaşaya qoyulmuşdur.Qarayev 50-ci illərin müasir Azərbaycan bəstəkarlıq məktəbinə başçılıq etmişdir.
R.Hacıyev, H.Xanməmmədov, A.Məlikov, X.Mirzəzadə, V.Adıgözəlov, R.Həsənova, F.Əlizadə Qarayevin yetirməlidir.Qarayevin bir çox məqalə və məruzələri Azərbaycan musiqisinin inkişafı problemlərinə, Ü.Hacıbəyov, S.Prokofyev, D.Şostakoviç yaradıcılığına həsr olunmuşdur. İlk dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. SSRİ Ali Sovetinin xalq artisti (1959), Azırbaycan SSR Elmlər Akademiyası (1959), SSRİ Dövlət mükafatı laureatı (1946, 1948), M.F. Axundov adına Respublika mükafatı laureatı (1965), Lenin mükafatı laureatı (1967), 1953-cü ildən Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri olmuşdur.Qara Qarayev 13 may 1982-ci ildə vəfat etmişdir.2008-ci ildə Qara Qarayevin anadan olmasını 90 illiyi qeyd edildi.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə